daşqalaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
daşqalaq
is. tar. Keçmişdə müttəhimi daşa basmaqla, üstünə daş yığmaqla cəzalandırma üsulu. • Daşqalaq etmək – 1) həmin üsulla cəzalandırmaq; 2) məc. çox ağır tənə və məzəmmət etmək, bərk danlamaq, üzərinə lənət yağdırmaq. Yəqin bil ki, səni daşqalaq edib, mənim də məcmuəmə bilmərrə müştəri olmazdılar. C.Məmmədquluzadə. Sevdanın uğursuz o yollarında; Daşqalaq eylədi hər bir kəs məni. S.Vurğun. Söyüşlərlə şerini etdilərsə daşqalaq; Lakin sənə döyüşdə oldu məsləkin dayaq. S.Rüstəm.