turklehceleri.org

daşmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

daşmaq

f.
1. Kənarlarından çıxaraq ətrafı basmaq (su haqqında). Kür daşmışdır. – Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çaya dönübdür. Qurbani. Çaylar daşıb sel olsun; Taxıllar tel-tel olsun. M.Ə.Sabir.
2. Qabın tutumundan çox olduğuna görə kənarlarından aşıb tökülmək. Qoyun, quzu bir-birinə qarışar; Qulplu qazanlardan qatıqlar daşar. S.Vurğun. // Bərk qaynayaraq köpüb, qabarıb qabın kənarlarından axıb tökülmək (mayelər haqqında). Süd daşır. Samovar daşdı.
3. məc. Bir şeyin çoxluğunu, bolluğunu bildirir (bu mənada çox vaxt “aşıb-daşmaq” şəklində işlənir).
4. məc. Coşmaq, qızışmaq, hiddətlənmək, son dərəcə acıqlanmaq (bəzən “coşub-daşmaq” şəklində işlənir). Şişman adam coşdudaşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən, – [dedi] A.Şaiq. // Hədəqəsindən oynamaq (göz haqqında). O həddindən artıq acıqlandı, qan piyaləsinə bənzəyən gözləri daşmağa başladı. M.S.Ordubadi.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

daşmaq

I. aşmaq, tökülmək
{taşmak, dökülmek}

II. çoşmaq, qızışmaq, hiddətlənmək
{coşmak, kızışmak, hiddetlenmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

daşmaq

taşmak


Axir izdelgen sözler: