darğın
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
darğın
sif.
1. İncik, dərdli, küskün, pərişan, pərt. İyirmi beş bahar görmüş olan bu adam altmış xəzan keçirmiş qocalar qədər yorğun, darğın, ölgün görünürdü. A.Şaiq. Böyük bir şairin darğın xəyalı; Vətən çöllərini pərişan gəzir... S.Vurğun. Düşündürür onu insanın halı; Darğındır nə qədər fikri, xəyalı!.. M.Rahim.
2. Hiddətli, qəzəbli. Darğın sular kimi coşub çağladım; Gözümdən od çıxdı, başımdan duman. M.Müşfiq.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
darğın
dargın