damad
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
damad
is. [fars.] Qızın əri, kürəkən, giyov. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. Lakin ixtiyar bir şair öz damadına, öz övladına qarşı bu cür rüsvayçılıq yaradarsa, buna nə ad qoya bilərik? M.S.Ordubadi. Qızı çoxdan gətirmişdilər. Damad hələ gəlib çıxmamışdı. A.Şaiq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
damad
kürəkən, yeznə, göy
{damat, enişte, güvey}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
damad
damat, güvey