cənub
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
cənub
is. [ər.]
1. Dörd cəhətdən biri, şimal əksi. Kompas cənubu göstərir. // Şimala müqabil olan səmt, tərəf. Calus Xəzərin cənub sahilində yaşıl bir şəhərdir. M.İbrahimov. // Bir ölkənin, dövlətin, qitənin həmin istiqamətdə yerləşən ərazisi, hissəsi. ..Buludlar parçalanıb cənuba doğru axışmağa başladı. Ə.Məmmədxanlı.
2. İsti iqlim qurşağında yerləşən ölkə, ərazi. İstirahəti cənubda keçirmək. Cənub bitkiləri. – Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Səhhət. Cənubda iki ölkəyə sərhəd olan səngərlər bir palaz kimi sərilmişdi. M.Hüseyn. Cənubda mart girən zaman; Əsil gözəl bahar olur. M.Dilbazi.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
cənub
cenup, güney