turklehceleri.org

cəncəl

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

cəncəl

1. sif. Qarışıq, dolaşıq, davalı, qalmaqallı, şər. [Dilara Ağagülə:] Nə üçün bütün bu cəncəl işlərdə gərək həmişə sən iştirak eləyəsən? Ə.Məmmədxanlı. Fotoqraf.. özünü cəncəl işlərdən uzaq tuturdu.. S.Vəliyev.
2. Davakar, qalmaqalçı, öcəşkən, böhtançı, şər. Cəncəl adam. – [Mürşüd:] Sadığı gözləyirəm, bəs necə? O yazıq da mənim kimi düşmüşdü bir cəncəl arvadın əlinə, güclə yaxasını qurtardı. S.Rəhman. [Çiyələk Hidayətə:] Cəncəl müştəri görməmisən.. B.Bayramov. // is. Dava, qalmaqal, qovğa, mübahisə. [Pəri Bəhrama:] Yenə nə olub, Saranın əhvalındanmı əhvalın qarışıb? C.Cabbarlı. Bunun nigahında da cəncəldən başqa bir şey görmədim. S.Rəhimov. [Zülfüqar:] Rayona təzə gəlmişəm, aqronomam. Sizin camaatın cəncəlini kəsməyə gəlmişəm. B.Bayramov. • Cəncəl çıxartmaq – səbəbsiz yerə dava salmaq, qalmaqal salmaq, qovğa salmaq. [Baxşı:] Canım, bir şey yoxdur, biz hələ burada çalıb oynayırdıq, bu oğlan gəldi, cəncəl çıxartdı. C.Cabbarlı. [Cəmilə] özilə həyat yoldaşı olacaq bir adamın .. ictimai bir yerdə cəncəl çıxarıb xuliqanlıq etməsinə bir məna verə bilməyirdi. S.Hüseyn. Cəncəl eləmək (salmaq) – dava eləmək (salmaq), qalmaqal salmaq. [Məşədi İbad Həsənqulu bəy və Həsən bəyə:] Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, çimibsiniz.. Ü.Hacıbəyov. Cəncələ salmaq – davaya salmaq, qalmaqala salmaq, pis, xoşagəlməz bir işə salmaq. [İmamyar Türbətə:] Axır bilirəm, siz məni bir cəncələ salacaqsınız. C.Cabbarlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

cəncəl

I. qarışıqlıq, dolaşıqlıq
{karışıklık, dolaşıklık}

II. şər, böhtan, iftira, fitnə
{şer, bühtan, iftira, fitne}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

cəncəl

hırçın


Axir izdelgen sözler: