turklehceleri.org

cəlb

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

cəlb

[ər.] Özünəçəkmə, cəzbetmə. • Cəlb etmək – 1) çəkmək, cəzb etmək, özünə tərəf çəkmək. Hamının hüsn-rəğbətini cəlb etmək. – [Sabbah:] İsfahan səmtini etdim məskən; Məni cəlb etdi Nişabur yenidən. H.Cavid. [Hüseyn] məharət işlədib kəsir yolunu; Yenidən cəlb edir döyüşə onu. M.Rahim. Sanki bu xaraba, Calalı bir maqnit kimi özünə cəlb edərək deyirdi.. S.Vəliyev; 2) bir işə qoşmaq, sövq etmək, bir işdə iştirak etdirmək. İşə cəlb etmək. Söhbətə cəlb etmək. – [Dəmir Ataşa:] Ürək qızdırdığın adamlardan bir neçəsini cəlb elə! Ə.Vəliyev; 3) məc. Maraq oyatmaq, diqqətini çəkmək. [Rüstəmbəy] ..bığlarına və təzə qırxılmış üzünə elə məlahət verdi ki, Sofyanın fikrini özünə cəlb etdi. Çəmənzəminli. Münəvvər xanımın şəklişəmayıli Hacını lap əvvəl gündən cəlb eləmişdi. Mir Cəlal.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

cəlb

bax: cəzb
{bkz. cezb}


Axir izdelgen sözler: