turklehceleri.org

cəbhə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

cəbhə

is. [ər.] hərb.
1. Düşmənlə üzüzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt. Cəbhə boyu hücuma keçmək. – Eldar bir ehtiyat komandiri kimi cəbhəyə getməli oldu. İ.Əfəndiyev. Qəhrəmanla Eldar cəbhə yoldaşı idilər. M.Rzaquluzadə. // Hər hansı bir yerdə çox geniş miqyasda aparılan hərbi əməliyyat. Cəbhə ləğv edilmişdir. // Müharibə vaxtı ən iri qoşun birləşməsi, qoşun hissəsi. Cəbhə komandanı. Cəbhə qərargahı.
2. məc. Eyni vaxtda kütləvi surətdə, geniş miqyasda iş aparıla bilən yer, sahə. Bir cəbhənin adamları. – Hərə öz cəbhəsində; Bir vəzifə daşıyır. M.Rahim. // Hər hansı bir dövlət və ya siyasi fəaliyyət sahəsi. İdeoloji cəbhə. Əmək cəbhəsi. – “Əkinçi” nəşr edildiyi gündən son nömrəsinə qədər iki cəbhə, iki ictimai görüş və iki meyil arasında gedən mübarizəni əks etmişdir. M.İbrahimov. // məc. Bir məqsəd, bir amal uğrunda çalışan adamların ən geniş birləşməsi. Sülh tərəfdarlarının vahid cəbhəsi. Xalq cəbhəsi.
3. meteor. Müxtəlif hava kütlələri arasında bölgü zonaları. Atmosfer cəbhəsi. ‣ Hər iki cəbhədə – iki istiqamətdə. Hər iki cəbhədə fəaliyyət göstərmək.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

cəbhə

cephe


Axir izdelgen sözler: