turklehceleri.org

cövr

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

cövr

is. [ər.] Cəfa, zülm, əziyyət; incitmə, üzüntü. Fəqirə aid olan föhşü, cövrü, zülmü, cəfanı; Böyükdə, zorbada, bəylərdə, xanda görməli imiş. M.Ə.Sabir. Nola qəlbim, anam kimi ananın; Hər cövrünə, hər nazına dayana. B.Vahabzadə. • Cövr eləmək (etmək) klas. – incitmək, əzab vermək, əziyyət vermək, cəfa vermək, üzüntü vermək. Yar cövr etməz mana əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli. Səndən savayə cövr eləməz yar, ey könül; Netdin ki, sən bu lütfə səzavar olmusan? S.Ə.Şirvani. Ol qədr cövr et mənə, ah etmək imkan olmasın! M.Ə.Sabir. Cövrünü çəkmək – hər əzabına dözmək, hər dərdinə, əziyyətinə qatlaşmaq. [Qurbani:] Bir gör fələkin dövrünü; Mən çəkmişəm çox cövrünü.. “Qurbani”. [Məşədi Cahangir:] Sənin cövrünü hər yerdə lələşin çəkib, çəkəcək! Mir Cəlal.


Axir izdelgen sözler: