coşmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
coşmaq
f.
1. Şiddətlənmək, çox güclənmək, gurlamaq, tüğyan etmək; daşmaq, kükrəmək (təbiət hadisələri haqqında). Tufan getdikcə coşur. Dəniz coşmuşdu. – Bu çaylar coşar indi; Qaynayıb daşar indi; Gözüm dağlarda qalıb; Yar gəlib aşar indi. (Bayatı). Kükrəsin şəlalə; Coşsun, çağlasın; Dağların ərköyün balasıdır o. N.Xəzri. ..Dəniz Ümidin xəyalları kimi coşub çaxnaşırdı. B.Bayramov. // məc. Qızışmaq, qaynamaq, cuşa gəlmək. ..Məhəbbət coşdu, məni bürüdü, “Ruqiyyə, Ruqiyyə” dedirtdi. A.Divanbəyoğlu. [Qubernator:] İnsan qan yığdıqca coşar, qan verdikcə susar. C.Cabbarlı.
2. məc. Özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. Coşub, qabağını saxlamaq mümkün deyil. Niyə belə coşmusan? – Tahir istər-istəməz təmkinini pozaraq coşdu. S.Rəhimov. [Usta:] Ay arvad, ay Gülpəri, coşma görək, axır nə olub ki? M.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
coşmaq
I. qızışmaq, əsəbiləşmək, hirslənmək
{kızışmak, asabileşmek, hırslanmak}
II. dalgalanmaq, ləpələnmək
{dalgalanmak, çalkalanmak}
III. guruldamaq, vıyıldamaq
{gürüldemek, çırpınmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
coşmaq
coşmak