turklehceleri.org

bərəlmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bərəlmək

gözləri (gözü) bərəlmək – qorxudan, hiddətdən, acıqdan, heyrətdən, çaşqınlıqdan gözləri geniş açılmaq, genəlmək, böyümək. Valya yavaş-yavaş yerindən tərpəndi, gözləri bərəlmiş halda dərindən nəfəs aldı. S.Rəhimov. Rəhim bəyin gözləri bərəldi: – Adə, mənim peşkəşimi geri qaytarırsan? [dedi] M.Hüseyn. • Gözləri bərələ qalmaq – güclü işıqdan, yaxud təəccübdən gözləri geniş açılmaq. İşıqdan qamaşan gözlər bərələ qaldı. Mir Cəlal. [Şahın] piy basmış gözləri bir an içərisində ölü qoyun gözü kimi bərələ qaldı. P.Makulu.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bərəlmək

açılmaq, genəlmək, böyümək
{açılmak, genişlemek, büyümek}


Axir izdelgen sözler: