turklehceleri.org

bərq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bərq

is. [ər.] Şimşək. // Bədii təsvirlərdə. Bərqü baran sanma kim gördükdə ahü əşkimi... Füzuli. // Parıltı. • Bərq etmək – bax bərq vurmaq. Rövşən etməz yüz min günəş bərq etsə; Bu möhnətdə qaralanmış könlümü. M.V.Vidadi. Bərq vermək – bax bərq vurmaq. Həkimbaşı pulları görəndə gözləri məşəldar pişiyin gözləri kimi bərq verdi. Ə.Haqverdiyev. Bərq vurmaq – parlamaq, par-par parıldamaq, işıqlanmaq, işıldamaq. ..Günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. M.F.Axundzadə. Səssiz dərədə bərq vurar şır-şır axan su. A.Səhhət. Yüzlərcə şam işıqlarında bərq vuraraq, .. xalçaların üzərinə tökülən bu brilyantlar .. ulduzları andırırdı. M.S.Ordubadi.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

bərq

şimşek


Axir izdelgen sözler: