bəndə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bəndə
is. [fars.] köhn.
1. Qul, kölə. Halım deyib muradıma yetsən əcəb dəgil; Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm. Füzuli. [Səkinə xanım:] Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan. M.F.Axundzadə. Səadətin bulağı insan ürəyindədir; Bunu anlamayanlar bir kölə, bir bəndədir. R.Rza.
2. Keçmişdə danışan şəxs hörmət və təvazö üçün özünə işarə olaraq, “mən” əvəzində belə deyərdi. ..Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində, teatr oynayırdıq. C.Məmmədquluzadə. [Dərviş:] Xanım, bəndəyə görə nə fərmayişiniz var? N.Vəzirov. [Mirzə:] Amma ağadan təvəqqem budur: əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eyləyəsiniz. Ə.Haqverdiyev.
3. Adam, insan, məxluq mənasında. Oxucularım bağışlasınlar ki, bir neçə sətir zehni qaşıyan sözlər ilə mömin bəndələrin ovqatını xarab etdim. C.Məmmədquluzadə. Bizimtək günahkar bəndələrə nə qulanquşqun! Ə.Haqverdiyev. [İsmayıl:] Molla olsa da, çox nadürüst bəndədir. P.Makulu. • Allah bəndəsi – fağır adam, heç kəsə zərər verməyən, dinc, sakit adam, mömin adam. [Molla Fərzəli:] ..Xüsusən mənim kimi bir Allah bəndəsi ki, ömrümdə xah qürbətdə, xah öz vilayətimizdə əhli-xanəmdən bir dəfə də olsun kənar düşməmişəm. C.Məmmədquluzadə. [Xəlifə:] Bu məktubu alan kimi Allah bəndələrinin mallarını özlərinə qaytarmalısınız. M.S.Ordubadi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bəndə
qul, kölə
{kul, köle}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bəndə
kul