bəhanə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bəhanə
is. [fars.]
1. Bir iş üçün əsas ola bilən keyfiyyət, səbəb, dəlil. Mübahisə üçün bəhanə axtarmaq. – Faş oldu nəsihətin cəhanə; Sən qoymadın ortada bəhanə. Füzuli. Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi. Əkbər kişinin sualı bəhanə oldu, Havva küyümü çiynindən yerə qoyub çöməldi, söhbətə başladı. Mir Cəlal.
2. Saxta, yalan, əsassız üzr. Getməyə bəhanə axtarmaq. Bəhanə gətirmək. Bəhanəsinə qulaq asan olmadı. – [Şərəfnisə xanım:] Bu sözlər tamam fənn və feldir. Məni aldatmaq üçün bəhanədir. M.F.Axundzadə ..[Kazak briqadası] yüz cür bəhanələrlə bu vəzifənin ifasından boyun qaçırdı. M.S.Ordubadi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bəhanə
I. səbəb, dəlil
{sebep, delil}
II. saxta, yalan
{sahte, yalan}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bəhanə
bahane, kaçamak, vesile