bulud
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bulud
I. is.
1. Səmada toplanan su buxarı yığını. Ağ buludlar. Qara buludlar. – Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır. A.Səhhət. Günəş parça-parça ağarışan buludlar arasından süzüb çıxdıqca, hava daha da istiləşir. M.Hüseyn.
2. məc. Təhlükə, qorxu mənasında (çox vaxt “qara” sözü ilə bərabər). Ölkənin üstünü qara buludlar almışdı. – Qara buludlar oynaşır, indi nədir əlacımız? M.Ə.Sabir.
3. məc. Əhval pozğunluğu, qəm, kədər, tutqunluq, pərişanlıq, məyusluq simvolu kimi işlənilir. Ana yurdun hər yerindən kəsiləcək yad ayağı; Açılacaq dərdlilərin bulud almış qaşqabağı. S.Vurğun. Qız bulud kimi tutuldu, hirsindən ağladı. Mir Cəlal.
4. məc. Bir şeyin çoxluğunu, kəsifliyini, hərəkət edən kütlə halında olduğunu göstərir. Bu halda meydanın məğrib səmtindən bulud kimi toz qalxdı. M.F.Axundzadə.
5. Adətən yerlik halında: buludlarda – çox ucalarda. Anan yerdə deyil, buludlardadır; Ona yetişməyir insanın səsi. S.Vurğun.
II. [rus. “blödo” sözündən] dan. Böyük boşqab, uzunsov, ya girdə, dayaz iri boşqab. Süfrəyə qoyulmuş iri buludun içərisindəki plov otağı ətirlə doldurmuşdu. Ə.Vəliyev.
III. is. Dənizdən çıxarılan və əslində bitkiyəbənzər bir heyvan bədənindən ibarət olan çox elastik, yumşaq və məsaməli bir cisim (silmək, bədəni yumaq və s. üçün işlənir). Məktəb taxtasını silirlər cında ilə və ya bulud ilə. C.Məmmədquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bulud
boşqab
{boş kap}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bulud
bulut