turklehceleri.org

bulaşmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bulaşmaq

f.
1. Bulanmaq, batmaq; ləkələnmək. Üz-gözü palçığa bulaşdı. Üstü yağa bulaşdı. – Ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Ə.Haqverdiyev. // Kirlənmək, zığlanmaq. Gözləri bulaşmaq.
2. Pozulmaq, qarışmaq, tutulmaq, qaralmaq. Hava bulaşdı, deyəsən, yağacaq. – Lakin günəşdə etibar görünmürdü: yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli.
3. Qoşulmaq, qarışmaq, əlaqə saxlamaq, ünsiyyət bağlamaq, durub oturmaq. Bəzi əfsanəçilərlə yarışırsan, deyəsən! Büsbütün müfsidələrlə bulaşırsan, deyəsən! M.Ə.Sabir.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bulaşmaq

I. pozulmaq, qarışmaq, tutulmaq, qaralmaq
{bozulmak, karışmak, tutulmak, kararmak}

II. batmaq, ləkələnmək
{kirlenmek, lekelenmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

bulaşmaq

bulaşmak


Axir izdelgen sözler: