turklehceleri.org

boşluq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

boşluq

is.
1. Boş yer, boş sahə. Bura başdan-başa boşluqdur. – Sahil boyu seyrək meşəlik və əngin bir boşluq idi. S.Rəhimov. // Məsamə, xırda deşik, oyuq. Külli miqdarda neft və qaz, yalnız böyük həcmdə boşluqları, yəni müəyyən, məsamələri olan süxurlarda yerləşir. Quliyev. // məc. Fəza. Uçurur fikrimi boşluqlara, bax; Göyü xəncər kimi dümdüz yararaq. S.Vurğun.
2. anat. Bədəndə: ayrı-ayrı üzvlərin yerləşdiyi yer. Ağız boşluğu. Qarın boşluğu.
3. Boş şeyin halı; yumşaqlıq, kövrəklik (bərklik ziddi). Torpağın boşluğu. Qəndin boşluğu.
4. Sıyıqlıq, duruhallıq. Xəmirin boşluğu.
5. məc. dan. Ciddiyyətsizlik, laqeydlik, zabitəsizlik, zəiflik. Boşluq göstərmək. – [Gülməmməd:] Bəy, özün də boşluq eyləyibsən. Ə.Haqverdiyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

boşluq

I. məsamə, deşik, oyuq
{gözenek, delik, oyuk}

II. fəza
{feza}

III. yumşaqlıq, kövrəklik
{yumuşaklık, gevreklik}

IV. iradesizlik, laqeydlik, zabitəsizlik, zəiflik
{iradesizlik, lâkaytlık, kuralsızlık, zayıflık}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

boşluq

kofluk


Axir izdelgen sözler: