turklehceleri.org

boğanaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

boğanaq

1. is. Boğucu hava, havası boğuq olan yer. Bu otaq yaman boğanaqdır. Bu boğanaqda necə oturubsunuz? // sif. Çox isti və boğucu, bürkü. Boğanaq hava. Boğanaq otaq. – İyul ayına məxsus boğanaq bir gün idi. A.Şaiq. Hava olduqca boğanaq və hünülər qədərindən ziyadə idi.H.Nəzərli. Ventilyasiya xarab olduğu üçün, zirzəmi çox boğanaqdı. Ə.Əbülhəsən.
2. Tozlu hava, toz, tufan. [Güllələrin] zərbəsindən biçarə ayı, boğanaqdan yıxılan ağac kimi yerə sərildi. S.S.Axundov. Kənd yolundan qalxan boğanaqlar .. burula-burula Araz çayına doğru yüyürüşürdü. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

boğanaq

I. bürkü
{zımba}

II. toz, tufan
{toz, tufan}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

boğanaq

boğucu, boğuk, boğukluk, boğunuk


Axir izdelgen sözler: