turklehceleri.org

bitmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bitmək

I. f.
1. Tamam olmaq, qurtarmaq, axıra çatmaq, başa çatmaq. Məzuniyyət müddəti bitdi. – Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün! M.Ə.Sabir. Kərbəlayı Məhəmməd ustanın hekayəsi bitən kimi, dərin bir etiqad ilə üzünü göyə çöndərdi. Çəmənzəminli. // İşi axıra çatmaq, qurtarmaq. İclas bitdi. Hər kəs öz aşna-dostu ilə danışadanışa evlərinə getdi. B.Talıblı. // Tükənmək. Kainatın bəzəkli şux gəlini; Bitdi artıq mənim qərarım, gəl. S.Rüstəm.
2. Nəticələnmək. Mübahisə nə ilə bitdi? – Pulun getdiyinə baxma, işin bitdiyinə bax. (Ata. sözü). Qalib dönəcəksən bilirəm bunu; Get, ölümlə bitsin yağının sonu. S.Rüstəm.
3. Saralmaq, saralıb qurtarmaq; bitişmək (yara). Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl; Söylə, bu məlhəm ilə kimin bitdi yarəsi? Füzuli.
4. Yerinə yetirmək, əməl etmək. [Hacı Qənbər:] Dürüst fikrində saxla mən deyəni bitməsən, başını kəsəcəyəm. N.Vəzirov.

II. f. Yetişmək, çıxmaq, cücərmək. Bu yerlərdə çoxlu fındıq bitir.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bitmək

I. qurtarmaq, tamamlamaq, tükənmək
{sonlanmak, tamamlanmak, tükenmek}

II. nəticələnmək, yekunlaşmaq
{neticelenmek, sonlanmak}

III. sağalmaq, bitişmək
{sağalmak, dirilmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

bitmək

bitmek


Axir izdelgen sözler: