bilmərrə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bilmərrə
zərf [ər.] Heç, əsla, heç bir dəfə, qətiyyən, tamamilə, büsbütün. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, yavaş-yavaş dodaqları tərpənirdi. Ə.Haqverdiyev. Gecə tozlu və soyuq olduğuna görə, adamların ayağı küçə-bazardan bilmərrə çəkilmişdi. S.M.Qənizadə.