turklehceleri.org

bezar

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bezar

sif. [fars.] Usanmış, bezmiş, çiyrinmiş, təngə gəlmiş; incik, narazı. Sevgilim, eşqü həvəsdən daha mən bezaram; İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət. • Bezar olmaq – usanmaq, bezmək, çiyrinmək, təngə gəlmək. Canından bezar olan tanrıya qarğar. (Ata. sözü). Olmuşdu bəşərdən öylə bizar; Kim özgəsini sanırdı əğyar. Füzuli. Bu saat camaat dünya davasından bezar olmuşdur. Ə.Vəliyev. Bezar etmək – usandırmaq, təngə gətirmək, cana gətirmək, bezikdirmək, çiyrindirmək. Şəfqət bacısı yaxınlaşıb, hamını qışqırığı ilə bezar eyləyən bu əsgəri qaldırmaq istədi. Ə.Əbülhəsən.


Axir izdelgen sözler: