turklehceleri.org

başqa

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

başqa

1. sif. Bu yox, digər, o biri, əvvəlkindən fərqli; qeyri, ayrı, sair, özgə. Başqa adam. Başqa iş. Başqa yer. Başqa aləm. Başqa cür. Başqa vaxt. Başqa sayaq. – Deyirlər özgə yerin əhli hüsni-zibadır; Bu şuxlərdə vəli başqa bir məlahət var. S.Ə.Şirvani. Qonşu həyətin qapısı başqa küçəyə açılırdı. Mir Cəlal.
2. qoş. Qeyri, savay. Yusifin Səlimdən başqa bir oğul və iki qızı var idi. N.Nərimanov. Torpaq döşəmə üzərində bir həsir qırığından başqa heç nə yox idi. Ə.Məmmədxanlı. [Uğur:] Səndən yaxşılıqdan başqa heç nə eşitməmişəm. İ.Əfəndiyev.
3. İs. mənasında. Yad, özgə, başqası. Başqaları buna nə deyər? Başqalarının yanında. Bunu mənə başqası dedi. – [Ramazan:] Adamın öz daxması başqalarının sarayından qiymətli görünür. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

başqa

I. qeyri, ayrı, sair, özgə
{gayrı, ayrı, sair, özge}

II. qeyri, savayı (qoşma)
{gayrı, dışında (koşma)}

III. yad, özgə
{yabancı, özge}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

başqa

başka, diğer, öbür


Axir izdelgen sözler: