başmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
başmaq
is.
1. köhn. Üzüörtülü, daban tərəfi və pəncənin yarısı açıq, nallı kişi və qadın ayaqqabısı. [Sona:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə. [Şeyx Şəban] yağış yağanda sel gətirən köhnə başmaqları, çustları .. yığıb, qəlibə vurub, yamayıb ucuz qiymətlə .. satırdı. Ə.Haqverdiyev. [Kor kişinin] əyninə geydiyi ləzgi şalından büzməli çuxası, ayağındakı dikdaban başmağı köhnə bir adam olduğunu bildirirdi. S.Hüseyn. // Ümumiyyətlə, ayaqqabı. ..Mirzə Məmmədəli girir içəri, salam verib başmaqlarını çıxardır və keçib oturur öz yerində. C.Məmmədquluzadə. ..Xasay başmaqların taqqıltısından hiss etdi ki, Məsmə qarı qapıya tərəf gəlir. M.Hüseyn.
2. xüs. Müxtəlif maşın və mexanizmlərdə: dayaq, qəlib, qoruyucu və s. vəzifəsini görən cürbəcür hissələrin adı. Başmaq qalınlığı 15-19 mm və uzunluğu 30-40 sm olan polad halqadan ibarətdir ki, bu da qoruyucu kəmərin aşağı ucuna bağlanır. Quliyev. ‣ Başmaqları da razı olmaq – ürəkdən, tamamilə razı olmaq. Məsmənin Hacı Seyid kişiyə getməsinə Pərzadın başmaqları da razı idi. Mir Cəlal. Başmaqlarını cütləmək, başmaqlarını cütləyib qabağına qoymaq məc. – qovmaq, rədd etmək, çıxıb getməsini tələb etmək. O oldu ki, Həsənovun başmaqlarını cütlədilər qabağına.. Mir Cəlal. İki ayağını bir başmağa dirəmək (qoymaq, soxmaq) – inad etmək, tərslik etmək, dediyindən inadla əl çəkməmək. Qədim dayı Tükəz xalanın öyüd-nəsihətinə baxmadı, o, iki ayağını bir başmağa qoydu və inad elədi. S.Rəhimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
başmaq
ayaqqabı, çəkmə
{ayakkabı, çarık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
başmaq
kundura