baş-ayaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
baş-ayaq
I. zərf
1. Tamamilə, başdanayağa, büsbütün, başdan-ayağa qədər. Kafirə bax! Gör nə bədimandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu. M.Ə.Sabir.
2. Tərs(əsinə), əksinə, başı ayağına və ayağı başına tərəf. Baş-ayaq yatmaq. Başayaq etmək. Baş-ayaq salmaq. – ..Ümumi yaşayış evindəki balaca otaqda səhər tezdən yuxudan qalxan cavanlar Cəmillə Tahiri bir çarpayıda baş-ayaq yatmış gördülər. M.Hüseyn. • Baş-ayaq danışmaq (vurmaq) – danışığının nə başı, nə ayağı olmaq, danışığında heç bir məntiq və rabitə olmamaq. [Şeyda:] A kişi, sən baş-ayaq nə üçün danışırsan. A.Şaiq. Görürəm sözlərim başayaq vurur; Bəzən quş yerinə dağ-daş uçurdur. S.Vurğun. Baş-ayaq vurursan, bəs deyil daha? Z.Xəlil. Baş-ayaq eləmək – tərsinə çevirmək, qarışdırmaq.
II. is. aşp. Kəlləpaça.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
baş-ayaq
I. tamamilə, büsbütün
{tamamıyla, büsbütün}
II. tərs
{aksi}