bağırsaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bağırsaq
is.
1. anat. Həzm prosesində mühüm rol oynayan bədən üzvü, selikli, elastik borular şəklində olur. • Acı bağırsaq – bağırsaqların mədə ilə yoğun bağırsaq arasındakı hissəsi, nazik bağırsaq. Düz bağırsaq – bağırsaq kanalının dal hissəsi, qurtaracağı. Kor bağırsaq – yoğun bağırsağın soxulcanşəkilli çıxıntısı olan qurtaracaq hissəsi. Onikibarmaq bağırsaq – insanın nazik bağırsağının bir hissəsi. Yoğun (qalın) bağırsaq – acı bağırsaqdan sonra gələn yoğun hissə.
2. İçərisindən su axıtmaq üçün rezin və ya brezent boru; şlanq. ‣ Bağırsaq, yaxud acı bağırsaq kimi (uzanmaq) – bir-birinin ardınca, arasıkəsilməz sıra ilə yerimək, gəlmək, keçmək; axırı, sonu olmayan, qurtarmaq bilməyən şey haqqında. Bağırsaqları qırılmaq (gülməkdən) – çox gülmək, gülməkdən qarnına sancı düşmək. Bizim pulemyotlar qaqqıldayanda sizinkilərin dovşan kimi qaçmaqlarını görsəydiniz, gülməkdən bağırsaqlarınız qırılardı. H.Nəzərli. Bağırsaqlarını yerə tökmək – öldürmək.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bağırsaq
bağırsak, işkembe