turklehceleri.org

bağlama

Tiniq Türkche - Türkiye Türkchisi Lughiti (Kuleli)

bağlama

1. Ambalaj

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bağlama

is.
1. “Bağlamaq”dan f.is.
2. İçi dolu və ağzı bağlı kisə; çuval və s. Nigarançılığım bir az da artdı, özümü itirdim. Bağlamanın kəndirini dartıb qırdım. Mir Cəlal. Nəhayət, [müəllimə] qazıdığı quyudan bir böyük bağlama çıxartdı. Ə.Məmmədxanlı. // Düyünçə, bağlanmış şey, boğça. İpək bağlamaya dayanıb oturan bu qadın, bizi görərkən ayağa qalxdı. M.S.Ordubadi. [Göyüşoğlu] əlində tutduğu xırdaca bağlamanı dalında gizlətmişdi. M.Hüseyn. Arvad tez bağlamanı götürüb açdı, nə idi? İki min manat pul. B.Talıblı. // Bir yerə, yaxud üst-üstə yığılıb sarınmış şey. Çamadanın dibində qaytanla sarıqlı bir bağlama kağız nəzərə gəldi. S.M.Qənizadə.
3. Bir yerə göndərilmək üçün qablanıb bağlanmış şey. Uşaqlar gənc və mehriban müəllimlərini unutmamışlar. Məktəbdə .. ona məktub və bağlamalar göndərməyi qərara almışdılar. Mir Cəlal.
4. Deyişmə zamanı aşıqların və keçmişdə şairlərin bir-birini bağlamaq (8-ci mənada) üçün söylədikləri müəmma, qıfılbənd, tapmaca və s.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bağlama

I. sarıma, düyünləmə
{sarma, düğümleme}

II. kisə, çuval, düyünçə, boğça
{kese, çuval, torba, bohça}

III. deyişmə, qıfılbənd, tapmaca
{gizleme, kilitleme, saklama}

IV. taxma, asma, quraşdırma
{takma, asma, birleştirme}

V. qapama, qıfıllama, kilidləmə
{kapama, sağlamlaştırma, kilitleme}

VI. düymələmə
{düğümleme}

VII. kəsmə, bəndləmə
{kesme, boğumlama}

VIII. düzəltmə, qayırma, quraşdırma, tikmə
{düzeltme, doğrultma, birleştirme, dikme}

IX. birləşdirmə, yaxınlaşdırma
{birleştirme, yakınlaştırma}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

bağlama

ambalaj, paket


Axir izdelgen sözler: