turklehceleri.org

bazubənd

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bazubənd

is. [fars.]
1. Qolbaq, bilərzik. Xədəmələr durar sağü solunda; Cavahir bazubənd iki qolunda. Nəbati. Bu halda şah, başında tac və əlində cavahirnişan toppuz, qolunda cavahir bazubəndlər .. taxta çıxıb oturdu. M.F.Axundzadə. Salıbsan gərdənə heykəl, həmail; Qızıl bazubəndlər qola yaraşar. Aşıq Ələsgər.
2. Qədimdə döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.
3. din. İçərisində nəzər duası, yaxud dua kitabçalarından bir nüsxə qoyulmuş, meşin və ya parça qovluq; qolbənd.


Axir izdelgen sözler: