turklehceleri.org

bambılı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bambılı

sif. dan. Ləyaqətsiz, vecsiz, qeyri-ciddi, boş, yüngül, gülünc, avara, lüt. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq... C.Məmmədquluzadə. [Əbdürrəhman bəy:] Mən niyə dəli oluram, dəli sənin kimi olur ki, belə bambılı dərviş başına ip salıb dəli kimi oynadır. N.Vəzirov. // is. Qeyri-ciddi, dəyərsiz, ləyaqətsiz adam, avara. A kişi, gənə bu bambılılar bilmirəm xalqdan nə istəyirlər? C.Məmmədquluzadə. Mahalın beş-on bambılısı yığılıb bir yerə, nədi-nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq. Ə.Haqverdiyev.


Axir izdelgen sözler: