turklehceleri.org

badə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

badə

is. [fars.] şair.
1. Şərab, çaxır. Badə düşkünü. – Qəmzən görünməyib gözə, qanlar içər müdam; Zahid kimi ki, badəni eldən nihan içər. Füzuli. Könül, meyxanə cənnət, badə kövsər, saqidir qılman; Gedib vaiz deyən nisyə sözə ümidvar olma. S.Ə.Şirvani. // Obrazlı təşbihlərdə. Ey dəhanı şəkkər, ləbləri badə; Gün cəmalın eşq əhlinə ayinə. M.V.Vidadi. Badənin ləli-ləbi dilbərə çün nisbəti var; Tökmərəm badəni mən sağərə bundan sonra. S.Ə.Şirvani.
2. məc. Şərab piyaləsi mənasında. Koroğlu əlini uzadıb bir badə doldurdu. “Koroğlu”. Sərtib bir badə də konyak içdi. M.İbrahimov. Vaxtdır, badələri qaldırın, dostlar! İçək təzə ilin şərəfinə biz. S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

badə

I. şərab, çaxır
{şarap, içki}

II. piyalə
{kadeh}


Axir izdelgen sözler: