turklehceleri.org

bac

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bac

is. [fars.] köhn.
1. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alınan rüsum, vergi. Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi. “Koroğlu”. // Ümumiyyətlə, vergi. // Məc. mənada. klas. Ta ki ol ahu gözün mülki-Xütəndən bac alır. Xətayi. Səbzə gülə verdi müşk bacın; Gül səbzəyə mülkünün xəracın. Füzuli.
2. tar. Qalibin məğlubdan aldığı təzminat, vergi. Gəl sənə söyləyim, bazirganbaşı; Gəlmişəm səndən bac alam, gedəm. “Koroğlu”.
3. məc. İntiqam, qisas, əvəz çıxma. [Tərlan xanım:] Zəmanəyə bax! İşə bir bax. Gör kim kimdən bac alır! Mir Cəlal.


Axir izdelgen sözler: