babət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
babət
I. [fars.] bax babat.
II. [fars.] köhn.
1. Təhər, hal, vəziyyət, keyfiyyət. Zülf bir yana düşər, gərdən bir yana; Özün bilməz, bir özgə babət olur. M.P.Vaqif.
2. Adətən yerlik və çıxışlıq halında – ...cəhətdən, ...barədə. Bəlkə öz-özünə düşünə ki, bu iş hər babətdən pis işdir. C.Məmmədquluzadə. Həm bu babətdə də biz məzuruq; Çünki biz tərbiyəyə məmuruq. A.Səhhət. [Məşədi:] Azdır, qiymət babətdən çox az verdin, bəy! S.Rəhimov.