aşıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
aşıq
I. is. Xalq xanəndəsi; həm oxuyan, həm çalan, həm də söz qoşan el sənətkarı. Xalq aşığı. Aşıq havaları. – Aşığın sözü qurtaranda “neylim-neylim” deyər. (Məsəl). El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev. Dindir, aşıq qardaş, dindir bir sazı; Onunla gülmüşdür ömrümün yazı. Z.Xəlil.
II. is.
1. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü. // Uşaqların aşıq-aşıq oyununda işlətdikləri həmin (adətən qoyunların diz qapağından çıxarılan) sümük. [Tükəz:] Uşaq aşıq yığan kimi bu qədər pulu yığıb nə edəcəksən? M.F.Axundzadə. Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşırdıq. C.Məmmədquluzadə. Bozbaşı yedikdən sonra, evin uşağı kasalara göz gəzdirərək sümükdən aşıqları çıxardıb bir yerə yığardı. H.Sarabski.
2. Tağalaq, qarqara, sap sarınan balaca taxta.
3. Tüfəngin çaxmağı ilə ayağı arasındakı məsafə. ‣ Araz aşığından, Kür topuğundan – heç bir şeydən qorxusu, çəkinəcəyi olmayan, heç bir dərdi, fikri, qayğısı olmayan, kefi kök adam haqqında. [Əsgər bəy:] Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan. M.F.Axundzadə. [Cənnətəli:] Mənə də Cənnətəli ağa deyərlər.. Mənim Araz aşığımdandır, Kür topuğumdan... N.Vəzirov. Aşığı (maçası) alçı durmaq – bəxti gətirmək, işi rast gəlmək.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
aşıq
aşık, ozan