ağızlı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ağızlı
sif.
1. Ağzı olan (bax. ağız1 2-ci mənada). Ağızlı şüşə. Ağızlı qab.
2. Kəsici tərəfi olan (alət və s. haqqında). Bir odlu vulkandan yadigarmıdır; O xəncər ağızlı daş çalpaları? S.Vurğun.
3. məc. dan. Dilli, dilavər, dilli-dilavər, yaxşı danışmaq qabiliyyəti olan. // məc. dan. Qoçaq, diribaş, sözükeçən. Ağızlı adam. – Hacı Kazım məhəllədə ağızlı və sözüötən adam idi. H.Sarabski.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ağızlı
I. iti, tiyə, kəsici
{keskin, hızlı, kesici}
II. dilli, dilavər
{konuşkan, dilbaz}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ağızlı
güçlü