ağırlıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ağırlıq
is.
1. Ağır şeyin halı (yüngüllük ziddi). Yükün ağırlığı. Daşın ağırlığı.
2. Ağır şey, yük. Ağırlıq qaldırmaq. Ağırlıq qaldıran idmançı. – Qəssab bilmədi ki, bu xalqın nədən; Özü ağırlıqda qəm yükü vardır… B.Vahabzadə.
3. “Ağır”dan mücər. Cəzanın ağırlığı. Cinayətin ağırlığı. Həyatın ağırlığı. İtkinin ağırlığı. Vəziyyətin ağırlığı. Yaranın ağırlığı. Zərbənin ağırlığı.
4. məc. Dərd, qəm, ələm, iztirab. [Nina və Mahrunun] bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum. M.S.Ordubadi. [Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır. C.Cabbarlı. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə.
5. Vüqar, təmkin, ciddilik. [Südabənin] tərpənişində bir ağırlıq, bütün vücudunda bir müvazinət gözə çarpırdı. M.İbrahimov.
6. Ağırlıq hissi, təzyiq hissi. Başımda bir ağırlıq hiss edirəm. – Vahid, mənə çoxdan bu can ağırlıq edirdi; Ey kaş, onu da yarə verib, yüngül olaydım. Ə.Vahid.
7. məc. Qayğı, əziyyət, zəhmət. Ağırlıq üstünə düşdü. ‣ Ağırlıq mərkəzi – bir şeyin məğzi, mahiyyəti, əsli, ən əsas cəhəti. Ağırlıq satmaq – naz eləmək, özünü ağır göstərməyə çalışmaq, təşəxxüs satmaq. Dindirərsən dinməz, ağırlıq satar. M.P.Vaqif.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ağırlıq
I. çətinlik, mürəkkəblik, gərginlik
{çetinlik, koyuluk, gerginlik}
II. dərd, qəm, ələm, iztirab
{dert, sıkıntı, üzüntü, acı}
III. vüqar, təmkin, ciddilik
{vakar, onur, ciddiyet}
IV. qaygı, əziyyət, zəhmət
{kaygı, sıkıntı, zahmet}
V. köklük, ətlilik, yoğunluq
{şişmanlık, etlilik, semizlik}
VI. tənbəllik
{tembellik}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ağırlıq
sıklet, tartı