ağır
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
ağır
с. 1) авыр; 2) күч, кыйммәтле, бәяле
Tiniq Türkche - Türkiye Türkchisi Lughiti (Kuleli)
ağır
1. Çetin
2. Ciddi (Durum)
3. Elverişsiz
ercilasun1991
ağır
Türkiye Türkçesi: ağır
Azerbaycan Türkçesi: ağır
Başkurt Türkçesi: avır
Kazak Türkçesi: avır
Kırgız Türkçesi: ōr
Özbek Türkçesi: àğır
Tatar Türkçesi: avır
Türkmen Türkçesi: ağır
Uygur Türkçesi: eğir
Rusça: t'ajöhy
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ağır
sif.
1. Böyük çəkisi, vəzni olan (yüngül ziddi). Ağır yük. Ağır daş. Ağır çamadan. – Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal. Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza. // Sanballı.
2. Güclü, şiddətli, təsirli. Ağır yumruq. Ağır zərbə.
3. Çox çətin, böyük zəhmət, böyük səy tələb edən; çox zəhmətli; güc, zor. Ağır doğum. Ağır iş. Ağır məsələ. Ağır tələb. Ağır vəzifə. – Gəmi muzdurçuluğu filvaqe çox ağır sənətdir. S.M.Qənizadə. // məc. Əziyyətli, məşəqqətli, əzablı, məhrumiyyətlə dolu, kədərlə dolu. Ağır dövr. Ağır həyat. Ağır illər. – Bir səs gəlir ellərdən; Şirin-şirin dillərdən; Tanrı, balamı saxla; Ağır aylar, illərdən. (Layla). [Yolçu:] Biz qismətimizə düşən ağır yolu keçməsək, gələcək nəsillərimiz də o işığa tez gəlib qovuşmaz. Ə.Məmmədxanlı.
4. məc. Bərk, dərin. Ağır yuxu. – Dideyibəxtim oyanmaz, nə ağır uyğuludur. Füzuli. Pah atonnan, nə ağır (z.) yatdı bu oğlan, ölübə! M.Ə.Sabir.
5. məc. Dözülməz, təhəmmül edilməz. Ağır itki. Ağır xəbər.
6. məc. Sərt, çox ciddi, şiddətli, amansız. Ağır cəza. Ağır töhmət. // məc. Çox ciddi nəticələr verə bilən, yaxud böyük cəzaya səbəb ola bilən; çox böyük. Ağır günah. Ağır cinayət. Ağır ittiham. Ağır məsuliyyət. – Bu dəhşət, öhdəmə düşən tarixi bir məsuliyyətin nə dərəcədə ağır (z.) olması fikrindən doğurdu. M.S.Ordubadi. Tahirin gəlib çıxdığı bu son nəticə nə qədər ağır (z.) olsa da, o bunu etiraf etməyə məcbur idi. M.Hüseyn. // məc. Nəticəsi təhlükəli, qorxulu, çox ciddi. Ağır yara. Ağır xəstə. Ağır xəstəlik. – [Partizanlar] üç nəfər ağır yaralılarını da özləri ilə sürüyərək, Kür nəhrinin .. qamışlıq sahillərinə çəkilmişdilər. H.Nəzərli.
7. Gərgin, çətin, narahatedici, darıxdırıcı, sərbəst olmayan. Hacı nəfəsini ağır (z.) alaraq tər basmış, dili ağzından bir qarış çıxmış: – Ay qardaşlar, dayanın, – deyə sürətlə gəlir. Ə.Haqverdiyev.
8. Yavaş, sürətsiz; yavaş-yavaş hərəkət edən, ağırtərpənən. Ağır (z.) tərpənmək. – [A.Şaiq] ağır addımlarla tribunaya qalxdı. S.S.Axundov. İçəri girdim. Ağır addımlarla balkona çıxdım. M.S.Ordubadi. // Yavaş ifa edilən (çalınan). Ağır hava. Havanı ağır (z.) çalmaq. – Eşitdiyimiz musiqi səslərinin bəziləri ağır və güclü (səqil), bəziləri isə nisbətən yüngül və zəif (xəfif) olur. Ə.Bədəlbəyli. Aşıqlar ağır hava çalırlar. Qadın ahəstə oynayır. Ə.Haqverdiyev.
9. məc. Ağırlıq təsiri bağışlayan (öz böyüklüyü, çoxluğu, sıxlığı, tutqunluğu, alçaqlığı, rənginin qəlizliyi, sürətinin yavaşlığı və s. ilə). Ağır buludlar. Ağır boyalar (rəssamlıqda). Ağır akkordlar (musiqidə). – Gördü bir anda bir ağır dəstə; Sanki minmiş adamlar üst-üstə. M.Ə.Sabir. Bəzən bu səfərdə ağır dumanlar; Gəlib quldur kimi kəsir yolunu. S.Vurğun. // məc. Çoxluq, böyüklük mənasında. Dağlarda gəzən mənəm; Əhdim var, bəzənmənəm; Ağır elin qızıyam; Qürbətdə gəzəmmənəm. (Bayatı). Kimsə qınamasın mən təkü tənha; Necə durum ağır el qabağında. Q.Zakir. Çox obadan, ağır eldən keçibdi; Coşqun dərya, daşqın seldən keçibdi. Aşıq Ələsgər.
10. məc. Yüngüllükdən, səlislikdən məhrum, başa düşülməsi çətin olan. Ağır üslub. Ağır ifadə. Ağır cümlə.
11. Qəliz, kəsafətli, pis iylənən, nəfəsi çətinləşdirən, darıxdırıcı, dözülməz. Ağır qoxu. Ağır hava. – Kərim bəy qapını açanda ağır və boğucu, isti hava onu vurdu. Mir Cəlal.
12. Çətin həzm edilən. Ağır xörək.
13. Xoşagetməz, pis, yolagetməz, qılıqsız; deyingən. Ağır xasiyyət.
14. məc. Təmkinli, vüqarlı, ciddi, heysiyyətini gözləyən. Ağır adam. – Ağır (z.) otur, batman gəl. (Məsəl). • Ağır olmaq – ciddi olmaq, təmkinli olmaq.
15. Toxunan, qəlbi incidən, ürək sındıran, xatirə dəyən, xoşagetməz, acı. Ağır söz. – Onun evində nə yeməkdən, nə geyinməkdən korluq çəkəcəkdi. Ağır söz eşitməyəcək, ağır iş görməyəcəkdi. Mir Cəlal.
16. məc. dan. Hamilə, ikicanlı, boğaz.
17. Kök, yoğun, ətli-canlı. Ağır bədən. Ağır gövdə. Ağır cəmdək.
18. məc. Çox baha, bahalı, qiymətli. Çəkidə yüngül, dəyərdə ağır. – Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir. Gətirilsə də çox ağır qiymətə duracaqdır. M.S.Ordubadi. [Kərim bəy] qızlarının hər ikisini gənc ikən ərə vermiş, ağır cehiz ilə köçürmüşdü. Mir Cəlal.
19. məc. Cansıxıcı, faciəli, ələmli, kədərləndirici. Ağır hiss. Ağır duyğu. Ağır fikir. Ağır mənzərə. Ağır təəssürat.
20. hərb. Çox güclü təchizatı, döyüş üçün güclü vasitələri olan. Ağır toplar. Ağır bombardman təyyarələri. Ağır tanklar. – Toplar, ağır toplar verməyir aman; Qırılmış şüşələr çarparalardan. M.Rahim.
21. xüs. Bir sıra fiziki-kimyəvi, mineraloji terminlərin tərkibinə daxil olur. Ağır metallar (mis, qurğuşun, sink, qalay və s.). Ağır su (adi sudan daha çox molekulyar çəkisi olan su). Ağır yağlar (daş kömür qatranının emalından hasil edilən maddə). Ağır yanacaq (öz izafi çəkisinə görə suya yaxın olan duru yanacaq; məs.: ağ neft və s.). ‣ Ağır eşitmək – bir az karlığı olmaq. Ağır əl – 1) bərk ağrıdan, bərk zərbə vuran; 2) məc. şükümsüz, uğursuz. Ağır gəlmək – toxunmaq, könlünə dəymək, qəlbi qırılmaq. [Vaqif:] Ancaq Məlikməmməd xanı zindana saldırmağımız Fətəliyə, görünür, ağır gəlib. Çəmənzəminli. Ağca qarıya ərinin bu saymazlığı elə ağır gəldi ki, o, dözməyib yerindən qalxdı. Ə.Əbülhəsən. Ağır oturmaq – 1) baha oturmaq, baha başa gəlmək. Bu paltar mənə ağır oturdu; 2) pis nəticələnmək. Bu söhbət ona çox ağır oturdu; 3) özünü ciddi aparmaq. Ağır tərpənmək – ətalət göstərmək, gecikmək, yubanmaq, tələsməmək, vaxtı əldən vermək. ağır-ağır zərf Yavaş-yavaş, tədriclə, asta-asta, tələsmədən. Ağır addımlarla. Ağırağır yerimək. Ağır-ağır işləmək. – Qara zənci acığından nəfəs alır ağır-ağır. S.Vurğun. Ağ buludlar ağır-ağır hərəkət edib, cənuba doğru sürünürdü. M.Hüseyn. Hərdənbir tülək bulud ağır-ağır sürünüb gedir, elə bil nəhəng bir quş qırıq qanadını çəkə-çəkə ovçudan can qurtarmaq istəyir. R.Rza.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ağır
I. güclü, qüdrətli, tə’sirli
{güçlü, kudretli, etkili}
II. əzablı, əziyyətli, çətin
{sıkıntılı, eziyetli, zor}
III. bərk, dərin (yuxu)
{uyanılması güç, derin (uyku)}
IV. sərt, ciddi, şiddətli, amansız (cəza)
{sert, ciddi, şiddetli, insafsız (ceza)}
V. gərgin, çətin
{gergin, çetin}
VI. yavaş, asta (hərəkət)
{yavaş, Aheste(hareket)}
VII. dəyingən, mızı
{sinirli, sert mizaçlı}
VIII. təmkinli, vüqarlı, ciddi
{onurlu, vakarlı, ciddi}
IX. hamilə, ikicanlı, boğaz, ağırayaq
{hamile, ikicanlı, gebe, ağırayak}
X. kök, yoğun, ətli, canlı
{tombul, dolgun, etli, canlı}
XI. baha, qiymətli
{pahalı, kıymetli}
XII. faciəli, ələmli, kədərli
{acıklı, elemli, kederli}
XIII. qəliz, kəsafətli (qoxu)
{keskin, kesif (koku)}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ağır
ağır, ağır başlı, güç, hantal, külfetli, oturaklı, sarp