ağzıgöyçək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ağzıgöyçək
(=ağzıgövçək) is. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz. [Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilmərəm. M.S.Ordubadi. Kənardan baxan ağzıgöyçəklər Qüdrətin ailə münasibətindəki zahiri soyuqluğu onların [Qüdrət və Lalənin] birbirini sevmədiyində görürdülər. M.Hüseyn.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ağzıgöyçək
boşboğaz, ağzıboş, hərzə
{boşboğaz, geveze, zevzek}