azmış
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
azmış
f.sif.
1. Yolunu itirmiş, istiqamətini itirmiş. [Durna] özünü azmış .. adamlar kimi ümidsiz və tək hiss etdi. İ.Əfəndiyev. Kosa zülmətdə azmış yolçular kimi hər tərəfə yol axtarır və tapa bilmirdi. S.Rəhimov. // məc. Doğru yoldan çıxmış, yanılmış, sapmış. Azmışlar üçün elmü ədəb nurisəhərdir. M.Hadi.
2. məc. Coşmuş, qudurmuş, həddini aşmış; azğın.