turklehceleri.org

azadə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

azadə

bax. azad1 1-ci mənada. Aşiq azadə gərəkdir ki, dönər zindanə; Bərgigüldən ola gər bülbüli-şeydayə qəfəs. S.Ə.Şirvani. Sona xala ah çəkərək dedi: – Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov. // İs. mənasında. Azad adam. Mahiyyətini həqir sanma; Azadələri əsir sanma! M.Ə.Sabir. // Zərf mənasında. İstərdim o da mən kimi bir hörmətə çatsın; Azadə dolansın. M.Ə.Sabir. Az müddətdə bu qızı ağıl-kamalının səbəbinə müəllimləri nəhayətdə sevirdilər; 15 yaşında firəng və rus dilində azadə danışırdı. N.Nərimanov. Tovuz kimi azadə gəzirsən bu çəməndə. Ə.Vahid.


Axir izdelgen sözler: