azadlıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
azadlıq
is.
1. Hər hansı bir sinfin, yaxud bütün cəmiyyətin və ya onun üzvlərinin ictimai-siyasi həyatına və fəaliyyətinə mane olan sıxıntı və məhrumiyyətlərin olmadığı hal; müstəqillik. Siyasi azadlıq. Demokratik azadlıq. Azadlıq həsrəti ilə yaşayanlar. – Nədir üzündəki o aydın səhər; Azadlıq, qurtuluş onda gülümsər. S.Vurğun. Azadlıq ağacı şəhid qanıyla suvarılmadıqca bar verməz. Xiyabani.
2. Ümumiyyətlə, bir şeydə ya hərəkətdə heç bir məhdudiyyət və sıxıntının olmaması; sərbəstlik. Uşaqlara daha çox azadlıq vermək lazımdır. Hərəkət azadlığı. Ticarət azadlığı. İnsan fəaliyyətinin azadlığı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
azadlıq
müstəqillik, sərbəstlik
{bağımsızlık, serbestlik}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
azadlıq
hürriyet, özgürlük