turklehceleri.org

ayırmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ayırmaq

f.
1. Bütöv halda olan şeyi parçalamaq, yaxud onun bir hissəsini götürmək, qoparmaq. Yumurtanın sarısını ağından ayırmaq. Sümüyü ətdən ayırmaq. Maddəni tərkib hissələrinə ayırmaq.
2. Əlaqəsini kəsmək, rabitəsini kəsmək, bir-birindən uzaqlaşdırmaq, aralı salmaq. Tale onları bir-birindən ayırdı. Ailəsindən ayırmaq. Vətənindən ayırmaq. – Dağların dağı məni; Bağçası, bağı məni; Mən səndən ayrılmazdım; Ayırdı yağı məni. (Bayatı). Ayırdı məndən o məhruyi biməqam fələk. S.Ə.Şirvani. [Qədir] özünü kütlədən, yəni “qara camaatdan” ayırmaq üçün həmişə hamı deyənin ziddinə gedir. Mir Cəlal.
3. Aralamaq, kənara çəkmək, bir-birindən uzaqlaşdırmaq. Dalaşanları ayırmaq. Buzovu anasından ayırmaq. Uşağı döşdən ayırmaq (böyüdüyü üçün uşağa daha süd verməmək, əmizdirməmək).
4. Təcrid etmək, başqalarından ayırmaq, uzaqlaşdırmaq, başqaları ilə əlaqəsini kəsmək. Xəstələri sağlamlardan ayırmaq. Uşağı zərərli mühitdən ayırmaq.
5. Yarmaq, şaqqalamaq, parçalamaq, kəsmək. Kötüyü balta ilə dörd yerə ayırmaq. Qoyunun cəmdəyini beş yerə ayırdılar.
6. Bölmək, təqsim etmək. Şeyləri ikiyə ayırmaq. Hər kəsin payını ayırıb özünə verdi. Otağı pərdə ilə iki hissəyə ayırmaq.
7. Seçmək, fərqləndirmək. Yaxşını pisdən ayırmaq. Safı çürükdən ayırmaq. Dənin irisini xırdasından ayırmaq.
8. İstifadə üçün vermək, ixtiyarına vermək, təxsis etmək. Uşaq üçün otaqda bir guşə ayırmaq. Ləvazimat almaq üçün pul ayırmaq. Laboratoriya üçün avadanlıq ayırmaq. – Gəldiyev Ağca xanımın xəcalətindən çıxmaq üçün tələbələrə gələn güzəştli biletdən iki dənə ayırır, Ağca ilə getməli olurdu. Mir Cəlal.
9. Nəzərə çarpdırmaq, fərqləndirmək. Mətnin əsas yerlərini qara hərflərlə ayırmaq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ayırmaq

I. parçalamaq, qoparmaq, yarmaq, şaqqalamaq, bölmək, kəsmək
{parçalamak, koparmak, yarmak, ikiye ayırmak, bölmek, kesmek}

II. uzaqlaşdırmaq, aralamaq
{uzaklaştırmak, aralamak}

III. səçmək, fərqləndirmək
{seçmek, ayırt etmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ayırmaq

ayırmak, üleşmek


Axir izdelgen sözler: