axın
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
axın
is.
1. Sürətlə axan su; sel; iti cərəyan, güclü axan su, selab. Yağışdan əmələ gələn axın yolları xarab etdi. // Cərəyan, suyun axıb getdiyi tərəf. Çayın axını ilə üzmək. – Sən ki son nəfəsinlə vətəni andın; Çayların axını dayandı bir an. S.Vurğun. // Axma. Lənkəran, Naxçıvan və Kür-Araz ovalıqlarından axan çaylar, onların axın şəraiti, dərələrinin xarakteri və s. birbirindən fərqlidir. M.Qaşqay.
2. Məftildə elektrik cərəyanının hərəkəti.
3. məc. Arası kəsilmədən hərəkət edən insan və s. kütləsi, izdiham. Canlı insan axını. Axının qabağını dayandırmaq. – Axının kənara atdığı Ayaz da fəryad qopardı. M.İbrahimov. Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın. M.Müşfiq. • Axına qoşulmaq – əksəriyyətə tabe olmaq. Şahnisə xanım çıxılmaz bir vəziyyətdə qalıb, nə “hə”, nə “yox” deyir, istər-istəməz axına qoşularaq deyilənlərə tabe olurdu. Çəmənzəminli.
4. məc. Gediş, cərəyan. ..Həyatın təbii axını onu [Səriyyəni] bir kor kimi istədiyi səmtə sürükləyirdi. M.İbrahimov.
5. Hücum, basqın, həmlə. Düşmən qoşunlarının axını dayandırıldı. – Burada çox oynadı qılınclar, qınlar; Ordular, karvanlar, başsız axınlar. S.Vurğun.
6. məc. Qərarsızlıq, tez-tez dəyişmə. Zavodda işçi qüvvəsi axını çox böyükdür. axın-axın zərf Sel kimi bir-birinin ardınca, arasıkəsilməz axın kimi; aramsız. Bakılılar hər axşam axın-axın dənizkənarı bulvara çıxırlar. – Ətəkli çöllərdən hey axın-axın; Qalxan dolaşalar qaqqıldaşaraq; ..Başımın üstündə dövrələr vurur. S.Vurğun.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
axın
I. sel
{sel}
II. izdiham
{izdiham}
III. gediş, cərəyan
{akım, cereyan}
IV. hücum, basqın, həmlə
{hücum, baskın, hamle}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
axın
dere, salgın