axsamaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
axsamaq
f.
1. Bir ayağının qısalığı və ya xəstələnməsi nəticəsində bir tərəfini çəkəçəkə yerimək, taytamaq.
2. məc. İrəliləməmək, yaxşı getməmək, ləng getmək, geridə qalmaq, işi yarıtmamaq. İşlər axsayır. O, bilik cəhətdən axsayır. – Elektrik enerjisi çatmır və bunun nəticəsində də bəzi sahələrdə iş axsayırdı. Ə.Sadıq. ‣ Hər iki ayaqdan axsamaq – işdə çoxlu nöqsan olmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
axsamaq
taytamaq, çolaqlamaq
{aksaklaşmak, çolaklaşmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
axsamaq
aksamak