turklehceleri.org

atəş

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

atəş

is. [fars.]
1. Od. Atəşin təqazası yandırmaqdır. O xasiyyət daim onda büruz edər. “Əkinçi”. Hər tərəfi atəş sarımış, alovların təşkil etdiyi atəşin dairə dəqiqəbədəqiqə daralmaqda idi. A.Şaiq. Ocağın alovu sönüb tamam olurdu. Qıraqlarındakı atəşləri kül yavaş-yavaş cavanlığı qocalıq bürüyən kimi bürüyürdü. A.Divanbəyoğlu. // Ocaq mənasında. Atəş kənarı qış gününün laləzarıdır. (Ata. sözü). // məc. Klassik ədəbiyyatda adətən izafət tərkiblərində işlənir. Atəşi-eşqindən dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi. Görən saətdə zövqümdən yıxıldım məstü layəqəl; Dağıldı əql başımdan, alışdı atəşi-sevda. Nəbati.
2. məc. İşıqsaçan şey, işıqsaçan nöqtə. Uzaqdan şəhərin saysız-hesabsız atəş nöqtələri görünürdü.
3. məc. Qızğınlıq, coşqunluq, hərarət, ehtiras mənasında. Gözləri atəş saçır. – Nəriman, içində alovlanan bir atəş duydu. Mir Cəlal.
4. Tüfəng və ya topdan atış. Hər atəşdə, hər hücumda düşmənlərə hər səfər; “Hədiyyələr” göndərirdik isti-isti güllələr! S.Rüstəm. Atəş halqasını keçib yönəldim; Dərhal məntəqənin üstünə gəldim. M.Rahim. Düşmən qurtara bilmir atəşindən başını. M.Seyidzadə. • Atəş açmaq – 1) tüfəng və s.-dən atmağa başlamaq. Bu halda müsəlləh atlı kazaklar və jandarmlar camaatın qarşısını alaraq atəş açdılar. S.S.Axundov. [Nikitin] avtomatdan arasıkəsilməz atəş açdı. M.İbrahimov; 2) bax. atəşə tutmaq 2-ci mənada. Dəmirov rayonun vəziyyətini ətraflı təhlil edərək, öz məruzəsində kəsirlərə qarşı atəş açmış(dı). S.Rəhimov. Atəşə tutmaq – 1) gülləyə basmaq, topa tutmaq. [Qəhrəman:] Mən burada dörd nəfər yoldaşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nəzərli. Tuturlar onları qafil atəşə; Gizləyir dostları qalın bir meşə. M.Rahim; 2) şiddətli tənqid etmək (bu mənada, adətən, “tənqid atəşinə tutmaq” şəklində işlənir). Atəş xətti hərb. – atılan güllə və mərmilərin təsir dairəsi. İndi artıq Moskva atəş xəttindən uzaqdadır. M.Hüseyn. Yaylım atəşi – bax. yaylım. // Atəş açmaq üçün hərbi komanda: atəş!

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

atəş

alov, od
{alev, od}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

atəş

ateş


Axir izdelgen sözler: