ati
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ati
is. [ər.] köhn. şair.
1. Gələcək. Onda guya gülümsəyir ati. C.Cabbarlı.
2. Yer. halında: atidə – aşağıda, altda. Nuxa şairlərindən məşhur İsmayıl bəy “Nakam” təxəllüs Füzulinin atidə zikr olunan müsəddəsinə yazdığı bir nəzirə xeyli [gözəl və bəyənilən] kəlamlardan biridir. F.Köçərli. Cani-ədəbü elmə məkatib ki, bədəndir; Atidəki söz qönçeyi-gülzaridəhəndir. M.Hadi.