asılmış
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
asılmış
I. “Asılmaq1 ”dan f.sif. Qoca usta .. divardan asılmış telefonla kimə isə zəng etdi. M.Hüseyn. Divarda mıxdan asılmış balaca çıraq sarı işıqlar salır, uşaqların kölgəsini eybəcər şəkildə böyüdərək yanırdı. M.İbrahimov.
II. f.sif. Bişmək üçün od üstünə qoyulmuş (xörək).