turklehceleri.org

asiman

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

asiman

is. [fars.] Göy, səma. Könül pərvaz etdi qalxdı havaya; Yer üzündən asimana yetişdim. M.P.Vaqif. Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. İnsan övladının asiman qədər; Ulduzu sayrışan bir lisanı var. S.Vurğun. • Asimana bülənd olmaq – göyə qalxmaq, ucalmaq. Mübarəkbad sədası xalqdan asimana bülənd oldu və bargahın imarətlərindən əksi-təkrar tapdı. M.F.Axundzadə. Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Ə.Haqverdiyev. Bir azdan kəndin kənarında çalğı səsləri asimana bülənd olur. S.Rüstəm.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

asiman

göy, səma
{gökyüzü, sema}


Axir izdelgen sözler: