turklehceleri.org

ard

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ard

is.
1. Arxa, dal. Yükü ardına almaq. • Ardına (ardınca) düşmək – dalınca düşmək, izləmək. Pul ardına düşmək. Ovçu tülkünün ardına düşdü. İş ardına düşmək.
2. Bir şeyin arxa, dal tərəfi, gerisi, geri tərəfdə olan yer. Evin ardı. Dəyirmanın ardı bağçadır. – Günəş çəkilirkən dağlar ardına; Üfüqlər qarardı, sular qarardı. S.Vurğun.
3. Başlanmış bir şeyin davamı, dalı, mabədi, sonu. Məqalənin ardı məcmuənin gələn nömrəsində dərc olunacaqdır. Söhbətin ardı sabaha qaldı. Hekayənin ardı uzun olacaq. • Ardı kəsilmək – arası kəsilmək, dalı kəsilmək, qurtarmaq, bitmək. Ardı (ardı-arası) kəsilməmək – bitməmək, qurtarmamaq, sonu-axırı görünməmək. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq. ‣ Ardı açılmaq – 1) paxırı açılmaq, təqsirinin, eybinin üstü açılmaq, ifşa olunmaq; 2) yorulmaq, taqətdən düşmək, üzülmək. Ardı atmaq – ayaq yoluna düşmək, qarın ağrısına düşmək, ayağı işləmək. Ardı burulmaq – bərk arıqlamaq, zəifləmək, yeriyərkən taqətsizlikdən ayaqları dolaşmaq. Ardı çıxmaq – 1) bərk arıqlamaq, zəifləmək, bərk yorulmaq; 2) lap qocalmaq, əldən düşmək, ölümü yaxınlaşmaq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ard

I. arxa, dal
{arka, geri}

II. geri, dal, mabəd, son
{geri, akıbet, arka, son}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ard

art


Axir izdelgen sözler: