turklehceleri.org

aralıq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

aralıq

is.
1. İki şey arasındakı boşluq, boş yer; iki yerin arası; ortalıq, orta, ara. Aralıqda qalan şeyləri götürün. Aralıqda gəzib işə mane olma. // Bir neçə otaq və sairə arasındakı açıq yer. Samovarı aralıqda qoy. Kömür yeşiyi aralıqdadır. // sif. İki və ya bir neçə şeyin arasında, ortasında olan. Aralıq malı arada yeyilər. – Əhməd aralıq peçini yandırdı. Mir Cəlal.
2. Dar dalan, dar küçə. Dalandar aralığı süpürdü. Bizim ev aralıqdadır. Qapı aralığa çıxır. // Sif. mənasında. Fayton aralıq küçələrdən keçib irəliləməyə başladı. S.Rəhman.
3. “Bu” sözü ilə bərabər: bu aralıq – bu zaman, bu vaxt, bu əsnada, bu dəmdə. Bu aralıq göy guruldamağa başladı. – Bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir. M.S.Ordubadi. Bu aralıq birdənbirə toyuğumu xatırlayıb, cəld hinin ağzına yüyürdüm. A.Şaiq. // “Bir” sözü ilə bərabər: bir aralıq – az zaman, bir müddət, bir anlığa, müvəqqəti olaraq. Bir aralıq sakitlik düşdü. Bir aralıq səsini kəsdi.
4. Yerl. halda: aralıqda – ortalıqda, ortada, arada. [Heydər bəy:] Ondan ötrü Səfər bəy məsləhət gördü ki, götürüm qaçım. Toy xərci aralıqda itsin. M.F.Axundzadə. ..Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş, geri çəkilib evdə qapandılar. Çəmənzəminli. [Səfər bəy:] Əgər siz başlasanız birbirinin ziddinə getməyə, aralıqda ziyan çəkən mən olaram. B.Talıblı. ‣ Aralıq adamı – 1) araçı, vasitəçi, aradüzəldən; 2) toyda, məclisdə qonaqlara xidmət edən adam; 3) avara, veyil. Aralığa almaq – bax. araya almaq (“ara”da). Salmanın bu hərəkətinə ciddi diqqət yetirən cavanlar onu aralığa aldılar. Ə.Vəliyev. Aralığa atmaq – bax. araya atmaq (“ara”da). Aralığa gəlmək – ortaya çıxmaq. ..Evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də aralığa gəldi. S.S.Axundov. Aralığa gətirmək – ortaya gətirmək, meydana atmaq. Bu inteligentlərin sözün gətirmə heç aralığa. M.Ə.Sabir. Aralığa söz qatmaq – kənar sözlərlə aldatmağa, fikri yayındırmağa çalışmaq. Aralığa tökmək – sirrin üstünü açmaq, ifşa etmək, açıb söyləmək. Aralıq qarışmaq – bax. ara qarışmaq (“ara”da). Aralıq get-gedə qarışırdı. Hər gün şəhərdən gələn bir-birinə zidd xəbərlər kənddə vəziyyəti dəyişirdi. Mir Cəlal. Aralıq sözü – bax. ara sözü (söhbəti) (“ara”da). Aralıq vurmaq – bax. ara vurmaq (“ara”da). Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların. Q.Zakir. Aralıqda qalmaq – bax. arada qalmaq (“ara”da).

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

aralıq

boşluq, ortalıq
{boşluk, ortalık}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

aralıq

aralık


Axir izdelgen sözler: