turklehceleri.org

aləm

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

aləm

is. [ər.]
1. Kainat, dünya, yer üzü. Qış günü qurtarmaqda idi, üfüqlərdən qatı bir qaranlıq aləmə yayılırdı. M.İbrahimov. // Məc. mənada. Ey Füzuli, aləmin gördüm qamu nemətlərin; Hiç nemət görmədim didari-dilbər tək ləziz. Füzuli. Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola, hamı insanlar bir nöqtəyə gərəkdir yürüş etsinlər. Bu nöqtə isə hürriyyət, məhəbbət aləmidir. N.Nərimanov. Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var. S.Vurğun. // Dünya və onda olan bütün varlıq, mövcudat, insanlar; təbiət. Mühitin təsiri altında baş-beynimizdə ətrafdakı aləmin cisim və hadisələrinin surətləri əmələ gəlir. Hacıyev.
2. Kainatın, təbiətin hər hansı bir sahəsi, qismi. Ulduzlar aləmi. Günəş aləmi. Heyvanlar aləmi. Canlı aləm öz quruluşu və keyfiyyəti ilə cansız təbiətdən fərqlənir. – Qoruğun bitkilər aləmi xüsusilə rəngarəngdir.
3. məc. Məfhumlar, hisslər, təəssürat, təsəvvürlər, həyəcanlar mühiti. Xəyal aləmi. Röya aləmi. Başqa bir aləmdə yaşamaq. – Kölgəyə aldanaraq sevmə cəfa aləmini; Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini! A.Səhhət. Bir bayram sözü var, bir də ki, matəm; Nəşə bir aləmdir, qüssə bir aləm. S.Vurğun. Mən bunları xatırlayır, açıq ana ürəyinin qapalı aləmini düşünürdüm. Mir Cəlal. • Öz aləmində – 1) öz təsəvvüründə; 2) öz miqyasında, öz mühitində, öz dairəsində.
4. Xalq, camaat, el, bütün adamlar, insanlar. İnsan özü-özünə elədiyini aləm yığılsa, eyləyə bilməz. (Ata. sözü). Dostum, aləm səninçün gər olur düşmən mana; Qəm degil, zira yetirsən dust ancaq sən mana. Füzuli. Vidadiyəm, aləm tanır dərdimdən. M.V.Vidadi. Seyyid, yetişib aləmə fəryadü fəğanın. S.Ə.Şirvani. Bu gün bir süngüdür əlimdə qələm; Mənim bayrağıma göz dikir aləm. S.Vurğun. Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim. // Hər hansı əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit. Orta əsr aləmi. Şərq aləmi. // İnsanların ictimai peşə, mədəniyyət, məişət və s. cəhətdən götürülən ayrıca bir qismi, təbəqəsi, sinfi, qrupu. Nərgiz xanımın kitabxanası isə həkimlər aləmində qibtə doğuran, çox zəngin kitabxana idi. Ə.Məmmədxanlı. // məc. İnsanların müəyyən fəaliyyət sahəsi. Sənət aləmi. – Sonra bir həkim çıxdı. Yaş dəsmal üsulunun elm aləmində bir inqilab olduğunu söylədi. Mir Cəlal. // məc. Mühit. [Nümayəndə:] Keçmişdə qab-qazan aləmindən savayı bir şey tanımayan qadınlar, indi iş başına keçib, böyük-böyük idarələri dolandırırlar. Ə.Haqverdiyev.
5. məc. Çox maraqlı, cazibəli, diqqəti cəlb edən, zövq və nəşə verən, tamaşalı, özünə məxsus gözəlliyi olan şey haqqında deyilir və başqa keyfiyyət bildirir. Bizim Göygöl qəribə aləmdir! – Gözəl bir musiqi alətində çox bəyəndiyin bir havanı sevdiyin qızın çalmasından .. duyulan zövq və nəşə də bir ayrı aləmdir. M.S.Ordubadi. Gecə yarı dənizin bir özgə aləmi var. Ə.Cəmil.
6. “Bir” sözü ilə bərabər: bir aləm, bir aləmcə – çoxlu, külli miqdarda, saysızhesabsız. Bir aləm şey. Bir aləm iş var. – Qayınana mırtıldanırdı: – Oğlum yazıq oldu! Bir aləmcə xərc tökdük. Mir Cəlal. • Gecənin bir aləmində – gecə hamı yuxuda olduğu bir vaxtda, gecə yarısı. [Əmniyyəbaşı:] Gecənin bir aləmində yavaşca yerimdən tərpəndim.. M.İbrahimov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

aləm

I. kainat, dünya, cihan
{kâinat, dünya, cihan}

II. xalq, camaat, el
{halk, cemaat, yabancı}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

aləm

âlem, uzay


Axir izdelgen sözler: