turklehceleri.org

adlısanlı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

adlı-sanlı

sif.
1. Hər hansı bir sahədə öz fəaliyyəti ilə ad qazanmış, tanınmış, şöhrət tapmış. Ölkəmizin adlı-sanlı adamları. Adlı-sanlı buruq ustaları. – Böyük qızını adlı-sanlı bir mühəndis görən Nərgiz xanım kiçik qızı Ulduzu da həkim görmək arzusunda idi. Ə.Məmmədxanlı. [Elçin:] Sən gənc bir vətəndaşsan, bu gün-sabah isə adlısanlı bir usta olacaqsan. Z.Xəlil. Yurdun hər bucağından adlı-sanlı pəhləvanlar .. axışıb gəlmişdi. M.Rzaquluzadə.
2. köhn. Keçmiş zamanda zadəgan, varlı və imtiyazlı təbəqələrə mənsub olan. Adlısanlı nəsil. – [Süleyman:] Ancaq bir iş var ki, qohum olanda gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola. Ü.Hacıbəyov.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

adlı-sanlı

adlı-sanlı, şerefli, ünlü


Axir izdelgen sözler: